RU

Əli Əsədov: “Valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur”

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1.6% artmışdır, o cümlədən qeyri neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir”.Bizim.Media xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi zamanı deyib.“Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə - 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat) üstələyir.Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur. Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir”, - deyə Baş nazir qeyd edib.Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
12
bizim.media

10Источники