RU

“Əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var” Elnur Əliyev

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

"Aparılan monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş var".Bizim.Media xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə əgər hansısa məktəbdə keyfiyyət monitorinqi aparılır və məktəbin zəif tərəfləri müəyyənləşdirilirsə, həmin məktəbə müəyyən bir müddət verilir:“Təxminən 2 ildən sonra həmin məktəb yenidən yoxlanılır. Bu il ərzində aparılmış təkrar monitorinqlərə əsasən, əvvəlki dövrlərdə zəif olan məktəblərdə müəyyən irəliləyiş müşahidə olunub. Bu məlumatlar bizdə mövcuddur. Lakin bu bütün məktəblərə aid deyil. Hələ də ölkəmizin bir çox məktəblərində keyfiyyətin yaxşılaşdırılması üçün gedəcəyimiz uzun yol var”, - deyə nazir müşaviri vurğulayıb.Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
5
bizim.media

6Источники