RU

Akkuyu Atom Elektrik Stansiyasında ilk reaktorun işə salınması ləngiyir



Akkuyu Atom Elektrik Stansiyasının (AES) birinci enerji blokunun işə salınması yubanır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən Türkiyə Enerji Sammitində deyib. Nazirin sözlərinə görə, yubanma bir sıra xarici amillər, o cümlədən pandemiya və sanksiyalar səbəbindən yaranıb.

“Rusiya ilə əldə etdiyimiz razılaşmaya əsasən, biz birinci enerji blokundan ilk elektrik enerjisinin istehsalına 2025-ci ilin aprelində başlamalı idik. Bununla belə, pandemiya, digər hadisələr, gizli və ya birbaşa sanksiyalar, avadanlığın çatdırılmasında gecikmələr və alternativ həll yollarının tapılması zərurəti bizi bir qədər ləngitdi. Buna baxmayaraq, bu layihə ilə ilk addımı atacağımıza əminliklə ümid edirəm", - deyə nazir bildirib.

Süleyman
Избранный
25
1
newscenter.az

2Источники