RU

Hüquq-mühafizə orqanları ekstremizmin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ekstremizminqarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyatakeçirir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Terror latın dilindən tərcümədə vahimə, xof mənasını daşıyır vəbu zəmində törədilən əməllər xarak­teri və ictimai təhlükəlilikdərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlərə aidedilir. Ölkəmizdə terrorçuluqla mübarizə sahəsində müddəalar 18iyun 1999-cu ildə qəbul olunmuş "Terrorçuluqla mübarizə haqqında"Azərbaycan Respublikasının Qanununda əks olunmuşdur. QanunAzərbaycanda terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilatiəsaslarını müəyyən edir, terrorçuluqla mübarizəni həyata keçirənorqanların fəaliyyətini əlaqələndirir, həmin orqanların vəvətəndaşların hüquqi vəzifələrini təsbit edir (Qanun 5 fəsil, 22maddədən ibarətdir, 05.10.2001-ci ildə dəyişikliklər əlavəedilmişdir). Qanunda terrorizmə belə bir anlayış verilir: terrorizm- insanlara kütləvi qırğın təhlükəsi yaradan, sağlamlıqlarına zərərvuran partlayış, yanğın və ya digər hərəkətlər, yaxud əmlakın məhv(xarab) edilməsi və ya ictimai təhlükəsizliyin pozulması məqsədiilə digər ağır nəticələr, əha­li­nin qorxudulması və ya dövləthakimiyyəti orqanlarının və ya beynəlxalq təşkilatlarınqə­rarlarının qəbuluna təsir göstərmək, habelə bu məqsədləgöstərilən hərəkətlərin edil­məsi təhlükəsidir", - o bildirib.

Onun sözlərinə görə, terrorçuluq iki formaya ayrılır -beynəlxalq (transmilli) və daxili (milli). Motivlərindən asılıolaraq isə sosial, milliyyətçi, ərazi-separatçı vədini-ayrıseçkilik növlərinə bölünür.

"Bu növlərdən:

Sosial terrorçuluğun subyektləri - ultrasolçu (bura kommunist,radikal sosialist, anarxist və s. aid edilir) və ya ultrasağçılar(yəni neonasional-sosialist, faşist və s.);

Milliyyətçi terrorçuluğun subyektləri - etnokonfliklərnəticəsində əmələ gələn siyasi hərəkatlər, ayrı-ayrı təşkilat vəqruplaşmalar və s.;

Ərazi-separatçı terrorçuluğun – subyektləri kimi Azərbaycanınəzəli ərazisi olan Qarabağda yaranmış hamıya bəlli terrorçutəşkilatları, xüsusən də "Dağlıq Qarabağ Ordusu" terror təşkilatınıqeyd etmək olar;
Dini ayrı-seçkilik (yəni ekstremizm) terrorçuluğun subyektləri isədini dözümsüzlük zəmində yaranan terrorçu təşkilatlardır ki, müasirdövrün gündəmində olan əsas mövzuya çevriliblər.

Terrorçuluqla mübarizədə hüquqi, rejim-mühafizə,əməliyyat-axtarış və profilaktik tədbirlər nəzərdə tutulur və onlaraşağıdakı məqsələrlə həyata keçirilir:

  • İnsan hüquq və azadlığını, cəmiyyət və dövlətintəhlükəsizliyinin təmin edilməsi;
  • Terrorçuluğun aşkar edilməsi, qarşısının alınması, bu fəaliyyətnəticəsində mümkün zərərin minimuma endirilməsi;
  • Terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digəryardımların edilməsininin qarşısının alınması.

"Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunun əsas prinsipləriisə - qanunçuluğun təmin edilməsi, terrorçuluq fəaliyyətinin həyatakeçirilməsinə görə, Azərbaycan Respublikası qanunvericiliyindənəzərdə tutulmuş cəzanın labüdlüyü, terrorçuluqla mübarizədə açıqvə gizli fəaliyyət metodlarının əlaqələndirilməsi, hüquqi, siyasi,sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleksistifadə, terrorçuluq fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmışşəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü, terrorçuluqlamübarizəyə cəlb olunmuş qüvvələrin vahid mərkəzdən idarə edilməsi,terrorçuluqla mübarizədə tətbiq olunan metodlardan istifadə zamanıminimum aşkarlıq", - A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, terrorla beynəlxalq miqyasda mübarizənitənzimləyən əsas sənəd Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasının 2001-ci ildə qəbul etdiyi 1373 saylıqətnaməsidir. 11 may 2002-ci ildə Azərbaycan RespublikasıPrezidentinin Fərmanı ilə həmin qətnamə üzrə tədbirlərin həyatakeçirilməsinə dair plan təsdiq edilmişdir.

"Müasir dünyada beynəlxalq terrorçuluq təkcə ayrılıqdagötürülmüş dövlətlərə qarşı deyil, həm də bütün bəşəriyyətə meydanoxuyan təhlükədir. Qloballaşma dövrü adlandırılan müasir dövrdəterrorçuluğun bir sıra yeni səciyyəvi xüsusiy­yət­lə­ri əmələgəlmişdir.

Belə ki, bu gün terrorçuluğun hədəfləri dəyişmişdir. Hazırdaterrorçu təşkilat­lar əvvəlki dövrlərdən fərqli olaraq, girovlarıntutulması, dövlət xadimlərin qətlə yetirilməsi, təyyarə və digərnəqliyyat vasitələrinin qaçırılması kimi yollarla yalnız sabitliyinpozulması və ya hansısa qısamüddətli planlarınger­çəkləşdirilməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslıməqsədlərə - ha­kimiyyətin ələ keçirilməsinə, suveren dövlətlərinəra­zisinin qəsb olunmasına və yerli əhalinin oradan qovulmasınayönəldirlər. Azərbaycanın nümunəsi bu cəhətdən səciyyəvidir. Keçənəsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı o zamankıhakimiyyətinin zəifliyi və xarici havadarlarının dəstəyindənistifadə edən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizinərazisinin 20%-i işğal olunmuş, bir milyona yaxın insan qaç­qın vəməcburi köçkünə çevrilmişdir. 1988-ci ildən başlayaraq erməniterrorçuları hərbi qarşıdurma zonasında və həmin zonadan yüzlərləkilo­metr aralıda yerləşən yaşayış məntəqələrində törədilən və2000-dən çox dinc sa­ki­nin qətli ilə nəticələnmiş 373 terror aktıkonkret siyasi məqsədə - təcavüzkar-separatçılıq vasitəsiləAzərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Məhz erməniterrorçuların cəmləşdiyi "Dağlıq Qarabağ Ordusu" terrorçutəşkilatının yaranmasında iştirak etmiş Robert Koçaryan və SerjSarkisyan xaricdəki himayədarlarının dəstəyi ilə Ermənistandahakimiyyətə yiyələnmiş və bununla da Azərbaycan ərazisi olan DağlıqQarabağın məsələsinin beynəlxalq hüquq qayda və qanunlarıçərçivəsində həlli böyük problemə çevrilmişdir. Eyni xarakterliprosesi Yaxın Şərq bölgəsində dini-ayrıseçkilik zəmində yaranmışterrorçu təşkilatların qondarma dövlətlər yaratdıqdan sonra, sülhşəraitinin bərpa olunmasına istiqamətləndirilmiş səylərinpozulmasına yönəlmiş fəaliyyətlərində də müşahidə etmək olar.

Təcrübə göstərir ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçuvə ekstremist təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqə saxlayır.Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşmaəleyhinə hərəkat, sağ və sol radikalizm və s. eyni bir terrorzəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlifsahə­lərin­də bir-birini tamamlayır. Ona görə də bu həlqələrdənyalnız birinə qarşı mübarizə bü­töv­­lükdə terrorçuluğa qarşımübarizə vəzifəsini tam yerinə yetirməyə imkan vermir", - obildirib.

A.Qarayev vurğulayıb ki, terrorçu təşkilatlar mütəşəkkilcinayətkarlığın başqa sahələrində fəaliyyət göstərən qruplaşmalarlaqarşılıqlı əlaqə saxlayır.

"Separatçı, eləcə də radikal dini rejimlər zəbt etdiklərimüstəqil dövlətlərin ərazisindən, o cümlədən, işğal dövründəölkəmizin Qarabağ bölgəsində Azərbaycanın İranla nəzarətsiz qalmış132 kilometrlik sərhəd zolağından istifadə edərək, narkobiznes,qanunsuz silah və insan alveri, çirkli pulların yuyulması və digərcinayətkar yollarla əldə olunan gəliri terrorçuluğun, xüsusən də"Dağlıq Qarabağ Ordusu" terrorçu təşkilatının maliyyələşdirilməsinəyönəltmişlər.

Bununla yanaşı, genişmiqyaslı və çoxsahəli terror fəaliyyətiyalnız hər hansı ölkənin dövlət orqanlarının məqsədyönlü dəstəyiilə həyata keçirilə bilər. Müasir terrorçu təşkilatlar güclü, cidditabeçilik strukturlarına və təchizata malik cinayətkar qurumlardır.Bu gün dövlət sərhədləri də onların qarşısını almaqda acizdir.Həmin təşkilatların tərkibində əməliyyat, kəşfiyyat vəəks-kəşfiyyat bölmə­lə­ri, qoruyucu döyüş qrupları vardır. Bütünbunlar dövlət dəstəyi sayəsində mümkün ola bilər. Buna misal kimiAzərbaycanda törədilmiş terror aktlarının əksəriyyətinin məhztəcavüzkar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkiledildiyini qeyd etmək olar. Təbii ki, müasir terrorçuluğun buxüsusiyyəti qeyd olunarkən, terrorçulara sığınacağın verilməsi dəyaddan çıxarılmamalıdır. Bu cür əməllərə əl atan dövlətlərterrorçuların fəaliyyəti (xüsusən də yaşaması, təlim keçməsi,terror aktlarının hazırlanması və s.) üçün öz ərazilərində və yatəsir altında olduğu dövlətlərdə lazımi şərait yaradır,terrorçulara siyasi sığınacaq tapmasına yardım edir, terrorçuluqfəaliyyətinə bəraət qazandırır. Bu cür dövlətlər arasındaErmənistan xüsusi yer tutmuşdur. Məlumdur ki, bu ölkənintəşkilatçılığı ilə Livan və Suriyadan qaçan ermənilər AzərbaycanınQarabağ bölgəsində yerləşdirilmiş və "Dağlıq Qarabağ Ordusu"terrorçu təşkilatının formalaşdırılmasında istifadə edilmişdir.Qeyd etmək lazımdır ki, keçən əsrin 70-80-ci illərində dünyanınmüxtəlif ölkələrində terror hücumları törətmiş erməniterrorçularına Ermənistanda hər cür şərait yaradılmış, onlarreabilitasiya olunmuş və ölkədə baş verən siyasi proseslərəqoşulmalarına şərait yaradılmışdır. Həmin terrorçular Azərbaycandaterror hücumları törətmək imkanlarını itirdikdən sonra,Ermənistanın özündə fəallaşmış və məhz onların səyi nəticəsindəErmənistanın özündə bir neçə səs-küylü məlum terror aktlarıtörətmişlər", - o bildirib.

A.Qarayev qeyd edib ki, erməni terror təşkilatları ilə yanaşı,ölkəmizə təhlükə yaradan digər terrorçu qurumlar isədini-ayrıseçkilik zəmində fəaliyyət göstərən beynəlxalq terrorçu,eləcə də dini ekstremist təşkilatlardır.

"Belə ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdənsonra yaranmış ideoloji və hüquqi boşluq, eləcə də Ermənistanın vəRusiyadakı ermənipərəst qüvvəllərin, digər xarici himayədarlarınındəstəyi ilə ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, işsizlikvə digər sosial çətinliklər mühiti xaricdəki dini cərəyanmissionerlərin fəaliyyəti üçün əlverişli şərait yaratmışdır.Ekstremizmin ölkəmizdə yayılması 1990-cı illərin əvvəlindənmüxtəlif təriqət davamçılarının beynəlxalq humanitar təşkilat vəxeyriyyə cəmiyyətlərinin əməkdaşları qismində fəaliyyəti iləbaşlamışdır. Regionda strateji maraqların təminatı üçün xaricdəfəaliyyət göstərən bəzi destruktiv qüvvələr, o cümlədən, beynəlxalqterrorçu və dini-ekstremist təşkilatlar tərəfindən dini, humanitar,iqtisadi və s. örtüklər altında Azərbaycanda mütəşəkkil strukturlarformalaşdırılması istiqamətində məqsədyönlü iş aparılmışdır.

Təcrübə göstərir ki, beynəlxalq terrorçu, eləcə dədini-ekstremist təşkilatlar Azərbaycan ərazisində ilkin olaraqradikal dindarlardan ibarət sosial bazanın formalaşdırılmasıistiqamətində fəaliyyət göstərir. Belə ki, onlar dini cəhətdən azsavadlı və aztəminatlı gəncləri sıralarına cəlb etmək istəyirlər.Qeyd olunan təşkilatların iş forma və metodlarında əsas yeriinformasiya təminatı tutur. Təbliğat xarakterli informasiyatəminatını zərərli dini ədəbiyyat, müxtəlif dini aksiyaların videovə fotogörüntüləri, eləcə də ektremist qurumların rəhbərlərininyazılmış çıxışları təşkil edir, bu zaman internetdən geniş istifadəolunur. Həmçinin, radikal sünni və şiə təşkilatları tərəfindənqərbyönümlü ölkələrlə yanaşı, digər məzhəblərə qarşı "cihadın"təbliği üçün İnternetdə müxtəlif saytlar mövcuddur ki, onlarınəksəriyyəti bir-birini təkrarlayır və bu saytlarda təqdim olunanməlumatlar əsasən mübarizənin kimlərə qarşı aparılmasınınvacibliyini izah edir. Beynəlxalq aləmdə cərəyan edən proseslər, ocümlədən, müxtəlif münaqişə bölgələrində baş verən hadisələr dəyerli ekstremistlərin fəallaşması üçün əlverişli zəmin yaradır."Cihad"ın təhrif olunmuş mahiyyəti haqqında məlumat verən ədəbiyyatvə digər təbliğat vasitələrinin yayılması diqqəti cəlb edir. Həminədəbiyyatlarda müsəlmanların "cihad"ı bütün ibadətlərdən(dəyərlərdən) üstün tutması, ona canı və malı (pulu) ilə qoşulmasıəsas ideya kimi göstərilir", - o bildirib.

Politoloqun sözlərinə görə, dini ayrı-seçkilik zəmində fəaliyyətgöstərən terrorçu təşkilatların iş forma və metodlarında əsas yeriinformasiya təminatı tutur.

"İnformasiya təminatını radikal dini cərəyanları təbliğ edənzərərli ədəbiyyatlar, müxtəlif döyüş səhnələrini (cihadı) təbliğedən videomateriallar, eləcə də ekstremist qurumların rəhbərlərinintəbliğ məqsədilə yazılmış çıxışları təşkil edir. Həmin vasitələrdəmüsəlmanların "cihad"ı bütün ibadətlərdən və dəyərlərdən üstüntutması, ona canı və malı ilə qoşulması əsas ideya kimi aşılanır."Mücahidin" istənilən İslam ölkəsində döyüşməyə hazır olması, həttabu məqsədlə övladın valideynlərdən və qadının ərindən razılıqalmasına ehtiyac olmadığı vurğulanır. Bu kimi təbliğatmaterialların yayılmasında internetdən geniş istifadə olunur.Həmçinin, internet vasitəsilə dini cəhətdən radikal olan şəxsləryuxarıda qeyd olunan təbliğat materialları ilə tanış olmaqlayanaşı, hətta məişət şəraitində partlayıcı və zəhərləyicimaddələrin hazırlanması üsullarını öyrənə bilir.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra, terrorçuluqlamübarizə keyfiyyətcə yeni mərhələyə qalxaraq, mahiyyət etibarı ilədünyadakı vəziyyətin dəyişməsinə şərait yaratmışdır. Dünya birliyiterrorçuların bu dəhşətli cinayətlərindən sarsılmışdır. Bəşəriyyətəmeydan oxuyan beynəlxalq terrorçuluq məlum təhdidlərinin daha dasürətlə artması ona qarşı mübarizədə səylərin birləşdirilməsinidiktə etmişdir. Azərbaycan Respublikası həmin faciədən sonratərəddüd etmədən antiterror koa­li­si­ya­sı­na qoşulmuş və hazırdada bununla bağlı qanunverici, təşkilati və əməli tədbirlərin həyatakeçirilməsi üçün malik olduğu proqram üzrə beynəlxalq terrorçuluqlamübarizəyə töhvəsini verir", - A.Qarayev bildirib.

Politoloq vurğulayıb ki, radikal dindarlar "facebook","odnoklassniki", "X" (keçmiş "twitter") kimi sosial şəbəkəllərdənvə "WhatsApp", "Teleqram" kimi rabitə proqramlarından da genişistifadə edir, həmin şəbəkələrdə "cihad"ın təbliğatını aparır,təsir dairələrini genişləndirməyə və məzhəblərarası konfliktləryaratmağa çalışırlar. 2013-cü ilin oktyabr ayında Bakı şəhərindəfəaliyyət göstərən "Məşədi Dadaş" şiə icmasının rəhbəri ŞahinHəsənlini təhdid etmiş vəhhabi ekstremisti Nəriman Mirzəyev və onunqrupu məhz "facebook" vasitəsilə ölkəmizdə sünni-şiə qarşıdurmasınatəhrik etmişlər:

"Həmçinin, hazırki mərhələdə terrorçu təşkilatlar tərəfindənaparılan ekstremizmin təbliğatına islamofobiya kimi amillər dəböyük təsir göstərir. 2001-ci ilin sentyabr ayının 11-də ABŞ-daməlum terror hücumlarını törətmiş "Əl-Qayda" terror təşkilatı və buqurumla inteqrasiyaya getmiş müsəlman dırnaqarası "alimləri",islamofobiyanın tərəfdarları üçün müsəlmanlardan "terrorçu","vəhhabi", "taliblər" və s. kimi mənfi obrazlar düzəltməyə, İslamınzorakılığı və qəddarlığı yayan din olması düşüncəsinin yaranmasınamünbit şərait yarada bilmişlər. Baş vermiş terror hücumları vədigər hadisələri əsas gətirərək, bir din və mədəniyyətin bütünmənsublarının mühakimə edildiyini səhv və təhlükəli olduğuictimaiyyətə geniş şəkildə çatdırılmalıdır. İslamofobiya təkcəmüsəlmanların əleyhinə yönələn ayrıseçkilik kimi deyil, əksinəqlobal sülh üçün təhdid kimi qiymətləndirilməlidir. Çünki,islamofobiya İslamla az bağlılığı olan, elmi əhatəsi və mötəbərolmayan mənbələrdəki səthi məlumatlara malikdir. İmam Əlininifadəsi ilə desək "insan adətən bilmədiyi ilə düşmənçilikedər".

Aparılmış müşahidələr göstərmişdir ki, Azərbaycanda sünniməzhəbinə mənsub radikal dindarların arasında "cihad" bölgələrinəgetmək istəyən şəxslərin artımı vardır. 2012-ci ildən etibarənonlar xaricdə iş axtarmaq, dini təhsil almaq və digər bəhanələrləölkəmizi tərk edərək, Suriya və İraqdakı münaqişədə iştirak etməküçün həmin ölkəyə getməyə və orada müxalifətin tərkibində fəaliyyətgöstərən terrorçu və ekstremist qruplara qoşulmağa başlamışlar.

Təhlillər göstərir ki, xaricdəki münaqişə bölgələrində döyüşənəcnəbi ekstremistlərin geri qayıtdıqdan sonra vətəndaş olduqlarıölkələrin təhlükəsizliyinə və ictimai-siyasi sabitliyə təsir edəbiləcək terror-təxribat və ya digər cinayət əməllərində iştiraketmək ehtimalı böyükdür.

Beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə xəttiüzrə ölkəmizin təhlükəsizlik orqanları tərəfindən son on il ərzindəkeçirilmiş xüsusi tədbirlər nəticəsində 20-dən artıq terrorçu vədini-ekstremist qruplaşması zərərsizləşdirilmişdir".

A.Qarayev qeyd edib ki, son zamanlar İŞİD terrorçu təşkilatınaqarşı aparılan antiterror əməliyyatlarına bu təşkilatlar terroraksiyaları ilə cavab verəcəklərini elan etmişdir.

"Terrorçular potensial hədəflər kimi həmin ölkələrinvətəndaşlarını və xaricdəki nümayəndəliklərini göstərmiş və bu kimihədəflərin digər dövlətlərlə yanaşı, Azərbaycanda da olduğunu qeydetmişlər. Antiterror əməliyyatlarının intensivliyi və təsirliliyiartdıqca, "İŞİD-çilərin" bu terror təşkilatının fəal olduğumünaqişəli bölgələrdən kənar yeni əməliyyat bölgələrinə yerdəyişmələri gözlənilir. Həmin bölgələrdən biri kimiƏfqanıstan-Pakistan bölgəsinin adı daha çox qeyd olunur. Lakin,məlumatların təhlili göstərir ki, növbəti mərhələdə İŞİD yeniəməliyyat bölgələri qismində dünyanın digər regionları ilə yanaşı,Rusiyanın Şimali Qafqaz bölgəsində və Orta Asiya ölkələrində dəfəallığını artıracaqdır. Bu fəaliyyətdə İŞİD və onunla əlaqəli olandigər terrorçu qurumların tərkibində olan əcnəbi döyüşçülərdənistifadə olunacağı şübhəsizdir. Qeyd olunmalıdır ki, İŞİD Suriya vəİraqdakı münaqişə bölgəsindən kənarda ekstremistlər arasında təsirdairəsini artırmaq üçün yerli özəklərin yaradılması üzrəuzunmüddətli ideoloji iş əvəzinə, daha çox rezonanslı terroraktları keçirməyə üstünlük verir.

İŞİD və onunla əlaqəli olan terrorçu qurumlar məzhəblərarasıqarşıdurma yaratmaq amilindən də geniş istifadə edir. Təşkilatınideoloqları gənclər arasında radikal dini ideyalarını yaymaqla bukonsepsiyanı qəbul etməyən din xadimləri və dindarları məharətlənüfuzdan salır. Bu səbəbdən əhali dini inanc, məzhəb, təriqət,eləcə də etnik mənsubiyyətinə və mövcud hakimiyyətə münasibətinəgörə terrora məruz qala bilər.

Suriya və İraqa səfər etmiş ekstremistlərin çoxu İŞİD-ə onlardanəvvəl qoşulmuş əlaqələrinin təbliğatı və dəvəti ilə bu təşkilataüzv olur. Onların əksəriyyəti İŞİD-ə qoşulmağın hər bir müsəlmanüçün vacib olduğunu bildirir, bunu dini rəvayət və hədislərləəsaslandırmağa çalışır. Bununla belə, son zamanlar yerliekstremistlər arasında İŞİD-in qəddar fəaliyyətinin İslamlauzlaşmadığına dair fikir də formalaşmağa başlamışdır.

Münaqişə zonasına getmiş ekstremistlər əksər hallarda qrupşəklin­də səfər etməyə üstünlük verir, lakin sərhədkeçmə zamanıdiqqəti cəlb etməmək üçün ayrı-ayrılıqda hərəkət edir. Bəziekstremistlər ailələri ilə birlikdə Suriyaya getmişlər vəregiondakı hərbi əməliyyatların, onun yaratdığı aclıq, xəstəlik vəəsarət kimi ağır fəsadları ilə üzləşməyə zəmin yaratmışlar", - obildirib.

Onun sözlərinə görə, Suriya və İraqa səfər etmiş ekstremistlərinəksəriyyəti Azərbaycana qayıdarkən qayıtmalarını münaqiçəbölgələrində yaşayış şəraitinin ağır olması, həyat təhlükəsi və yaqoşulduqları terrorçu təşkilatların dini məsələlərdə səhvlərə yolvermələri ilə əsaslandırmışlar. Onların radikal dini ideologiyanıngüclü təsirinə məruz qaldıqları, bunun nəticəsində ətrafları iləaqressiv davrandıqları, tolerant və dünyəvi həyat tərzini qəbuletmədikləli, dövləti “tağut” adlandıraraq ona qarşı “cihad”adlandırdıqları silahlı və zorakı mübarizədən çəkinməyəcəkləriniətraflarına bildirdikləri müşahidə olunmuşdur.

"Bununla əlaqədar və beynəlxalq təcrübəni nəzərə alaraq 2014-cüilin mart ayında xaricdəki münaqişələrdə iştirak edən şəxslərəqarşı tətbiq olunan cəzalar sərtləşdirilmiş və bu vaxtdan etibarənYaxın Şərqin münaqişə bölgələrinə səfər etmiş ekstremistlərincinayət əməlləri sübuta yetirildiyi təqdirdə məhkəmənin müvafiqqərarı ilə onlar istintaqa cəlb olunmağa başlamışlar.

Görülmüş bu və digər hüquqi və profilaktik tədbirlər nəticəsindəson zamanlar münaqişə bölgələrinə ekstremistlərin getmə prosesisəngimişdir. Bu prosesə təsir göstərmiş amillərdən biri də Türkiyəordusu və təhlükəsizlik orqanları tərəfindən ekstremistlərinhərəkət marşrutlarını ciddi nəzarətə götürülməsidir.

Həmçinin, problemin ciddiliyi və aktuallığı, beynəlxalq terrorçuvə dini ekstremist təşkilatlarla mübarizə sahəsində ölkəmizintəhlükəsizlik orqanlarının xarici tərəfdaş xidmətlərlə birgəqabaqlayıcı tədbirlərin keçirilməsini zəruri edir. Cari ilinsentyabr ayında Bakı şəhərində keçirilmiş Müstəqil DövlətlərBirliyi üzv-dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarırəhbərlərinin 41-ci iclasında iştirak etmiş tərəfdaş xidmətlərinrəhbərləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti, AliBaş Komandan İlham Əliyev öz nitqində demişdir: "…Terrorizmə qarşımübarizə qlobal xarakter daşımalıdır…və təhdidlərin qarşısını almaqüçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərinbirləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıqzəruridir…". Bu gün Dövlət Təhlükəsizliyi Xİdməti tərəfindəntürkiyəli, amerikalı, rusiyalı, britaniyalı, almaniyalı,qazaxıstanlı və digər xarici həmkar xidmətlərin işçi qrupları iləbirgə təhqiqatlar çərçivəsində müxtəlif münaqişə bölgələrindəfəaliyyət göstərən terrorçu təşkilatlar, onlarla əməkdaşlıq edənvasitəçi şəbəkələr barədə əməliyyat-axtarış tədbirləri keçirilir vəbu istiqamətdə konkret nəticələr əldə olunur.

Qeyd olunanları nəzərə alaraq, müasir dövrdə beynəlxalq terrorçutəşkilatlarla, o cümlədən, radikallıq mənbəyinə çevrilənqüvvəllərlə mübarizədə açıq və gizli metodlarınınkoor­di­na­siyası, hüquqi, siyasi, sosial-iqtisadi vətəşkilati-profilaktik tədbirlərdən isti­fa­də olunur. Eyni zamanda,əhali arasında terrorçuluğun mahiyyəti və dində radikalizminzərərli tərəflərinə dair izahedici işin təşkili, terrorçu vəekstremist təşkilatların təbliğatına qarşı müasir dünyada dindətolerantlığın üstünlüyünü təbliğ edən materialların internetməkanda və KİV-lərdə dərc edilməsi də böyük əhəmiyyət daşıyır.Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi "…Qloaballaşandünyada terrorla mübarizənin əsas istiqamətlərindən biriAzərbaycanda olduğu kimi, multikulturalizm mühitinin yaranması vətolerantlığın formalaşdırılmasıdır"", - o bildirib.

A.Qarayev qeyd edib ki, hazırda ölkəmizdə mövcud dövlətquruluşunu devirməklə hakimiyyəti ələ keçirmək üçün sosial bazanınformalaşdırılması, radikal islamçılardan ibarət infrastrukturunyaradılması istiqamətində bəzi şərq ölkələrinin dini mərkəzləri iləhumanitar təşkilatların təsiri və himayəsi ilə fəaliyyət göstərən,özündə çox sayda dindarı birləşdirən icma və qruplar mövcuddur.Onların üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Məsələn,sələfilərin orta yaş həddi otuzadəkdir. Hər bir sələfi hərəkata ilknövbədə öz ailəsini (qadınlar da daxil olmaqla) cəlb etməlidir.İcmalarda qadınların sayı təxminən 25%-dir:

"Dini radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektivvə subyektiv səbəbləri var və onlar özünü bir çox sahələrdə biruzəverir. Güclü dövlətlərin siyasətində ayrı-seçkiliyə rəvac verməsi,bundan irəli gələn dinlərarası münasibətlərin gərginləşdirilməsi,bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmindəədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir. Eynizamanda, bir sıra ölkələrdə zərərli dini təriqətlərin yayılmasınaşəraitin yaradılması, radikal və ekstremist qruplarla mübarizəişinin səmərəli qurulmaması, siyasi və ictimai təşkilatların dindənsiyasi məqsədlər üçün istifadə etməsi, beynəlxalq və regionaləhəmiyyətli münaqişələrin uzun illər həllini tapmaması və yeniqarşıdurmaların yaranması dünyada ekstremizm və dözümsüzlükmeyillərini daha da artırır, onların əhatə dairəsini genişləndirir.Dünya ölkələri və beynəlxalq qurumların bu risklərin qarşısınınalınması məqsədilə göstərdikləri səylər və keçirdikləri tədbirlərbir sıra hallarda ciddi nəticə vermir, əksinə, münasibətlərin dahada gərginləşməsinə, vəziyyətin mürəkkəbləşməsinə və münaqişələrinartmasına gətirib çıxarır.

Bu, bütövlükdə dünyada ekstremizm və radikallıq meyillərinin,silahlı və qanlı qarşıdurmaların artmasına, günahsız insanlarınmünaqişə qurbanlarına çevrilməsinə təkan verir. Müasir dövrdəqüvvətli dövlət və vətəndaş cəmiyyətinin, beynəlxalq qurumlarınbirgə səylərinin olmadığı təqdirdə bu kimi problemlərin qarşısınınalınması mümkünsüz görsənir. Ekstremizm və radikallıqla səmərəlimübarizə üçün həm güclü dövlətin, həm də güclü vətəndaşcəmiyyətinin olması şərtdir.

Azərbaycan tarixinə nəzər yetirsək, görərik ki, xalqımız əsrlərboyu müxtəlif dinlərə, o cümlədən, zərdüştlüyə, məsihiliyə, İslamaetiqad etmiş və bu da əhalimizin böyük əksəriyyətində dinitolerantlığın yaranmasına səbəb olmuşdur. Lakin, son dövrlər gedənproseslər ekstremizmin artmasına səbəb olan, göstərilən amillərinnəzərə alınmasını vacib edir.

Qeyd olunanları nəzərə alaraq, radikallıq mənbəyinə çevrilənqüvvəllərlə mübarizənin açıq və gizli metodlarınınkoor­di­na­siyası, hüquqi, siyasi, sosial-iqtisadi vətəşkilati-profilaktik tədbirlərindən isti­fa­də olunur. Eynizamanda, əhali arasında terrorçuluğun mahiyyəti və dindəradikalizmin zərərli tərəflərinə dair izahedici işin təşkili,terrorçu və ekstremist təşkilatların təbliğatına qarşı müasirdünyada dində tolerantlığın üstünlüyünü təbliğ edən materiallarıninternet məkanda və KİV-lərdə dərc edilməsi də böyük əhəmiyyətdaşıyır".

O qeyd edib ki, müasir dövrdə fundamental insan hüquqlarındanolan vicdan və dini etiqad azadlığının təmin edilməsi bir çoxdövlətlərin və beynəlxalq qurumların siyasətində və qarşılıqlıəlaqələrində xüsusi rol oynayır. Bu gün dinlə bağlı məsələlərə sırfinsan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm dətəhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsnahüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini durumavə vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyətdaşıyır.

"Dövlətimiz dini ekstremizmin qarşısının alınması,vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dinidurumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təminedilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması,dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiqmüəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyyəttəşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanlarınfəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazasımütəmadi olaraq təkmilləşdirilir.

Ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıqmeyillərinin qarşısının alınması ilə bağlı müddəalar AzərbaycanRespublikasının Cinayət Məcəlləsində də əksini tapmışdır.Məcəllənin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilənəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcədə onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onlarısilahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnikailə, yaxud əsgəri ləvazimatla təchiz etmə), maddələri ekstremizməqarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir və həmin maddədənəsasən dünyəvi dövlət quruluşunu devirmək məqsədilə silahlıqruplaşmalar yaratmış radikal düşüncəli dindarlara, eləcə də"cihad"da iştirak etmək niyyəti ilə xaricdəki münaqişə bölgələrinəgetmiş şəxslərə qarşı istifadə olunur. Bu istiqamətdə görülənhüquqi tədbirlərin müasir tələblərə uyğunlaşdırmaq məqsədilə2014-cü ilin mart ayında xaricdəki münaqişələrdə iştirak edənşəxslərə qarşı tətbiq olunan cəzalar sərtləşdirilmiş və CinayətMəcəlləsinə 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını vəya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayanşəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında,yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasınınhüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə,yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədləfəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərliketmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlımünaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq)maddəsi əlavə edilmişdir", - A.Qarayev bildirib.

Politoloqun sözlərinə görə, 2015-ci ilin dekabr ayında "Diniekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan RespublikasınınQanunu qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi milli, sosial vəya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının,milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraqvətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və yaüstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərintörədilməsinin qarşısının alınmasına ciddi töhfələr vermişdir.

"Sənədə əsasən, dini ekstremizm, dini fanatizm və diniradikalizm hallarının aşkarlanmasına, qarşısının alınmasına və buhallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinəkömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına verilməsihər kəsin borcudur. Qanuna görə dini ekstremist fəaliyyətindəiştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremistfəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilirvə onların fəaliyyəti qadağan edilir.

Qanuna əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuşqaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanıdini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyanvurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirakedən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanıvurulmuş ziyana görə məsuliyyət daşımır.

"Vətəndaşlıq haqqında" qanuna edilmiş əlavəyə görə, isəAzərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorladəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığınitirilməsi ilə nəticələnə bilər. Sənəddə deyilir ki, vətəndaş dinitəhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilikzəminində dini məzhəbləri yayarsa, dini ayinlər adı altında xaricidövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digərşəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsavətəndaşlıqdan məhrum ediləcək. Qanunvericiliyə edilmiş buəlavələrdən sonra, məhkəmənin müvafiq qərarı ilə xaricdəkimünaqişələrdə iştirak edən 250-dən artıq şəxs AR vətəndaşlığındanməhrum edilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir", - obildirib.

A.Qarayev qeyd edib ki, dini ekstremizm ilə mübarizə sahəsindəgörülən işlərdən biri də xaricdə dini təhsil almış və zərərli dinitəsirlərə məruz qalmış gənclərin məscidlərə din xadimi təyinedilməsinin qarşısının alınması məqsədilə 2015-ci ildə "Dini etiqadazadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıraəlavə və dəyişikliklər edilməsidir.

"Sözügedən Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən, "İslamdininə aid ayin və mərasimlərin aparılması yalnız AzərbaycanRespublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarınaislam dininə aid ayin və mərasimlərin aparılması qadağandır".Burada əsas məqsəd xaricdə təhsil alarkən yad ideoloji təsirlərəməruz qalmış şəxslərin ölkədə din xadimi kimi fəaliyyətgöstərmələrinin, dini ibadət yerlərində və ictimaiyyət arasındazərərli dini təbliğat aparmalarının qarşısının alınmasıdır.Həmçinin, qanuna yeni əlavəyə görə, Azərbaycanda bundan sonraibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digərdini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisnaolmaqla) nümayiş etdirilməsi qadağan olunur. Dini bayraqlar yalnızibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdiriləbilər.

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatlarınaparılması zamanı hüquqi rejimin tələblərini pozanlar əməliyyatərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğutəqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyatvasitələrinin yoxlanılmasına mane olanlar, yoxlanışlardan imtinaedənlər və sair hərəkətlərə yol verənlərin cəzalandırılması danəzərdə tutulur. Bununla əlaqədar, Azərbaycan Respublikasınınprezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə müvafiqmaddə əlavə edilmişdir.

Bu gün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarıölkədə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınmasıməqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikaltəriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdəfəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşəngənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiqedir.

Bütövlükdə problemin ciddiliyini və aktuallığını nəzərə alaraq,ekstremizm ilə mübarizədə Azərbaycanın aidiyyəti dövlət orqanları,ictimai təşkilatlarla birlikdə qabaqlayıcı, hüquqi və profilaktikxarakterli tədbirlərin görülməsini təşkil etməlidirlər", - deyəpolitoloq əlavə edib.

Избранный
33
1
az.trend.az

2Источники