BAKI, 9 dekabr. TELEQRAF
"Neftçi" baş məşqçi postu üçün bir müddətdir danışıqlar apardığı Yuri Vernidubla münasibətləri rəsmiləşdirib.
Teleqraf-ın məlumatına görə, ukraynalı mütəxəssisin keçidi bu gün ictimaiyyətə açıqlanacaq.
"Ağ-qaralar"ın 59 yaşlı məşqçi ilə 1,5 illik müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, Yuri Vernidub ötən gün paytaxt təmsilçisinin Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində "Sabah"la (0:2) keçirilən oyununu tribunadan izləyib.