Sentyabrın 21-də keçirilən növbədənkənar prezident seçkisində Əli Koçu 257 səs qabaqlamaqla “Fənərbaxça” tarixinin 34-cü prezidenti seçilən Sadəttin Saranın ilk aylarını hələ ki uğurlu saymaq olar.
"Football-plus.az" xəbər verir ki, başqa idman növlərində “Fənər” artıq titullar qazanmağa müvəffəq olub.
Əvvəlcə sentyabrın 24-də “sarı-lacivərdlilər”in kişilərdən ibarət basketbol komandası “Beşiktaş”ı 85:83 məğlub edərək Cumharbaşkanlığı kubokunun qalibi oldu. Daha sonra oktyabrın 8-də “Fənər”in qadınlardan ibarət voleybol komandası da “Vakıfbank”ı 0:2 geridən gələrək və 3:2 məğlub edərək ölkə superkubokunu qazandı. Və nəhayət, dekabrın 3-də “Fənərbaxça”nın qadınlardan ibarət basketbol komandası həlledici oyunda “Mersin”i 104:77 məğlub edərək Cumhurbaşkanlığı kubokunun sahibi oldu. Yəni “Fənər” Saranın prezidentliyinin ilk 74 günündə artıq üç titul qazanıb.
Futbolda da işlər pis getmir. Əli Koçun dönəmində komanda derbilərdə çox bərbad nəticə göstərirdi. Amma Saran gələn kimi vəziyyət dəyişib. İstanbul nəhəngi əvvəlcə “Beşiktaş”la səfər derbisində 0:2 geridən gələrək əzmkar qələbə qazandısa, dekabrın 1-də “Qalatasaray”la ev derbisində son anlarda bərabərlik qolunu vuraraq ən azı məğlub olmadı.
Təbii ki, fanatlar əsas diqqəti futbol komandasına yönəldib. Saranın da ən böyük hədəfi “Fənər”in futbolda 10 ildən artıqdı davam edən çempionluq həsrətinə son qoymaqdı.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта