RU

Bir sıra tütün məmulatları üzrə aksiz dərəcələrinin artırılmasının detalları məlum olub

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, tütündən hazırlanan siqaretə alternativolan digər tütün məmulatları üzrə də aksiz vergilərininartırılmasına dair təkliflər Millim Məclisin bugünkü plenariclasında üçüncü oxunuşda qəbul edilib.

Trend-inməlumatına görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi vədigər 16 qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinəüçüncü oxunuşda təklif olunan dəyişikliklərin detalları bəlliolub.

Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuştərkibində tütün və ya bərpa edilmiş tütün olanməhsullar

Bu məhsullar üzrə aksizin 1000 ədədə yerli istehsal və idxalda16 manatdan 25.5 manata qaldırılması təklif edilir.

Bu məhsullar (IQOS, Glo, Ploom və s. ticarət nişanlı məhsullar)mahiyyət etibarilə siqaretlə eynilik təşkil edir, ölkədə istehsalıyoxdur və 2025-ci ilin 10 ayı ərzində idxal həcmi 183 845 min ədəd,dəyəri isə 18 280 000 manat təşkil edib.

İstehsal məqsədli tütünlər istisna olmaqla digərçəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”tütünlər, çeynənilən və ya buruna çəkiləntütünlər

Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda22 manatdan 162 manata, idxalda isə 30manatdan 170 manata qaldırılması təklif edilir.

Yeni dərəcələr təklif edilərkən istehsal edilən siqaretlərin hərədədi üçün istifadə olunan tütünün çəkisi əsas götürülüb.

Belə ki, bir ədəd nazik ölçülü siqaret çubuğu (stick) üçüntəxminən 0.34 qram tütün istifadə olunur (müvafiqolaraq 1000 ədəd siqaret üçün təxminən 340 qram).2026-cı ildə 1000 ədəd yerli istehsal olunansiqaret üçün aksiz dərəcəsinin 55 manat olacağınınəzərə aldıqda 1 kq istifadə olunan tütündənistifadə edildikdə hesablanan aksiz vergisi orta hesabla162 (1000/340*55) manat təşkil edir.

Məhz bu hesablama məntiqi ilə hər iki məhsul üzrə aksizvergilərinin mahiyyət etibarilə bərabərləşdirilməsi hədəflənir.

Yerli istehsalı mövcud deyil və 2025-ci ilin 10 ayı ərzindəidxal həcmi 2 min kiloqram, dəyəri isə 290min manat təşkil edib.

Избранный
195
43
az.trend.az

10Источники