Bu gün Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, 34 yaşlı sürücü Məftun Məmmədovun idarə etdiyi "Toyota Prius" idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücünün 59 yaşlı atası İntiqam Məmmədov və 2 yaşlı oğlu Tunar Məmmədli həyatını itirib.
Hadisə zamanı xəsarət alan sürücü, anası, həyat yoldaşı və iki övladı xəstəxanaya aparılıb.
Qeyd edək ki, qəzaya düşən avtomobilin sürücüsü Məftun Məmmədov müğənnidir.