Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı Busə Terim özünə yeni sevgili tapıb. İki uşaq anası olan Busə Batuhan Sonla eşq yaşadığını açıqlayıb.
Metbuat.az xatırladır ki, Busə Terim 2024-cü ilin mart ayında Volkan Bahçekapılıdan boşanıb. Cütlüyün Nil və Naz adlı iki qızı var.
Busə Terim sevgili tapdığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Həyata yenidən başladım”.
İki uşaq anası olan Busə ailəsinin onun bu qərarını dəstəklədiyini deyib: “Qızlarım, ailəm və ən yaxın dostlarım yanımdadır. Önəmli olan sevgi, hörmət və diqqətdir. İndi bunların hamısı bir aradadır. Xoşbəxtəm və rahatam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.