Hakim Ədalət və İnkişaf Partiyasının üzvü Şamil Təyyar, SDK komandanı Mazlum Abdinin "Türkiyəni Vyetnama çevirərik" təhdidinə cavab olaraq bildirib: "10 mart razılaşmasına əməl etməyəcəkləri təqdirdə, haranın Vyetnama çevriləcəyini görəcəklər. Onların 100 min deyil, cəmi 20 minə yaxın, muzdluları çıxsaq isə 7 minlik qüvvələri var."
KİV-lər qeyd edir ki, hazırda SDK-nın özünü ləğv etməsi gözlənilir. Əks halda, Suriya və Türkiyənin birlikdə təşkilata qarşı əməliyyat keçirmək üçün hazırlıq gördüyü iddia edilir.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Əslində bunlar gözlənilən idi. Çünki Türkiyə kifayət qədər vaxt verdi həm Suriya hökumətinə, həm PYD YPG-ə, həm onları Qərbdə müdafiə eləyən Amerika Birləşmiş Ştatları və Avropa ölkələrinə ki, ya tamamilə bu terrorçu rejim öz ordusunu buraxmalıdır və yaxud bu ordu Suriya ordusuna inteqrasiya olmalıdır. Eyni zamanda Suriyanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ancaq görülən odur ki, burada tam olaraq bir razılıq əldə oluna bilmədi. Suriya hökuməti bir neçə dəfə hətta özü fərqli əməliyyatlar keçirsə də, bunda da uğurlu ola bilmədi. Beynəlxalq güclər məcbur etdilər onları barışmağa. Və Suriya hökuməti hazırda öz ərazisi üzərində ərazibütövlüyünü bərpa eləməyə çalışır. Daha əvvəl də razılaşmalar əldə olmuşdu. YPG/PYD öz birləşmələrini Suriya hökumətinin nəzarətinə verəcək. Ancaq bu proses biz belə görürük ki, tamamlanmayıb, yəni faktiki olaraq yarımçıq qalır. Ona görə də Türkiyənin bu addımı atmaq məntiqlidir. Türkiyə əslində bununla bir, belə deyək, göz dağı verib. Açıq şəkildə göstərir ki, ya könüllü şəkildə YPG özünü buraxmalıdır və Suriya hökumətinin tərkibinə daxil olmalıdır. Ya da Türkiyə bunu məcburi şəkildə eləyəcək. Burada düşünürəm ki, bir neçə ədədi mesaj var. Mesajlardan biri PYD/YPG-ə özünü buraxması ilə bağlı və şərtlərə uyması ilə bağlı. Digəri isə Suriya hökuməti ilə bağlıdır ki, Türkiyə açıq şəkildə göstərir ki, Suriya hökuməti əgər özü öz resursları ilə ərazi bütövlüyünü təmin eləyə və bu problemi həll eləyə bilmirsə, o zaman Türkiyə buna müdaxilə eləyə bilər. Ən böyük mesaj isə burada PYD/YPG-nin xarici sponsorlarına aiddir. Burada müəyyən qədər ABŞ və əsasən xüsusilə Avropa ölkələri çıxış eləyirlər. Və Türkiyə açıq şəkildə mesaj qoyur ki, Avropa ölkələri və ABŞ qəbul eləməlidir ki, PYD/YPG artıq Suriya ərazisinin böyük bir hissəsində gördüyü bu terrorçu rejimi davam etdirə bilməz. Suriyanın ərazisini parçalaya bilməz və yaxud özünə xüsusi ordu hazırlaya bilməz. Ona görə də bu məsələ birdəfəlik həll olunmalıdır. Burada PYD/YPG çox talihsiz açıqlamalar veriblər. Vyetnam guya Türkiyəyə problem yaradacaq. Türkiyə həm Afrində, həm deyək ki, digər ərazilərə əməliyyatda göstərib ki, addım-addım planlı şəkildə onların tunellərini də onların başlarına uçurdular. Lazım gəldikdə kifayət qədər ağır zərbələr endirə bilər. Türkiyə bunu nümayiş elətdi və açıq şəkildə göstərib ki, onlara Fransanın instruktorlarının öyrətdikləri, göstərdikləri bu tunellər, bu xüsusi yeraltı keçidlər, müdafiə istehkamları Türkiyə ordusu qarşısında maneə deyil. İndi Türkiyə bununla bağlı açıq açıqlama verib ki, heç YPG-nin yüz minlik ordusu olsa belə, türkiyə ordusu qarşısında dayana bilməz. Xüsusilə muzdlular çıxsa, o cəmi yeddi min əsgəri var. Türkiyə üçün bu çox asan bir hədəfdir. Türkiyə onları tamamilə məhv eləyə bilər. Türkiyə açıq şəkildə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Düşünürəm ki, bu məsələdə Suriya Türkiyənin əleyhinə çıxış etməyəcək. Türkiyənin yekun hədəfi budur. Türkiyə açıq şəkildə burada deyək ki, YPG terrorçularını, PKK terrorçularının qalıntılarını ləğv eləməyə israr edəcək. Türkiyə öz ərazisində PKK-nın buraxıldığını yalan elədi. Ona görə də PKK-nın öz ərazisindən buraxılıb, Suriya da yeni dövlət qurmasına, yenidən güclənməsinə şərait yaratmayacaq. Bunu açıq şəkildə ifadə eləmiş oldular".