“Bakıya səfərimiz uzun və yaxşı oldu. Xoşbəxtik ki, azarkeşlərimiz buradadırlar”.
Publika.az xəbər verir ki, bu sözləri Niderlandın “Ayaks” komandasının baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, “Qarabağ”ın yaxşı komanda olduğunu bildirib: “Onlar nadir hallarda məğlub olurlar. Tez bir zamanda hücuma atılmağı bacarırlar. Rəqibin heyətində texniki cəhətdən güclü futbolçular var”.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.