RU

Salah bu iki klubdan birinə keçəcək - SON DURUM

"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Liqasındakı adı açıqlanmayan mənbədən "The Telegraph"-a bildiriblər. 

Misirli ulduza "Əl-Hilal" və "Əl-İttihad" iki əsas namizəd kimi göstərilib. Bununla belə, mənbə sövdələşmənin yanvarda mümkün olub-olmayacağından əmin deyil. 33 yaşlı futbolçunun mövsümün sonunda gedəcəyi ehtimalı daha yüksəkdir.

Səudiyyə Ərəbistanı Liqasının rəhbərləri "qış pəncərəsi" zamanı transfer imkanlarını araşdıracaqlar. 

Qeyd edək ki, Salah aprel ayında "Liverpul" ilə 2027-ci ilə qədər davam edəcək və bonuslar sayəsində həftədə 600 min avroya çatacaq maaşla yeni müqavilə imzalayıb.

Mirağa

Избранный
29
fanat.az

1Источники