RU

Yaşıl alma dəriyə nə qədər faydalıdır?

Yaşıl almanın tərkibindəki A və C vitaminləri, flavonoidlər və təbii antioksidantlar dəri sağlamlığına mühüm təsir göstərir.


Pravda.az bildirir ki, aparılan araşdırmalara görə, bu meyvə həm hüceyrələri qoruyur, həm də dərinin daha parlaq görünməsinə kömək edir.


Yaşıl alma kollagen istehsalını artıraraq dəri elastikliyini gücləndirir. Bu isə incə xəttlərin və erkən yaşlanma əlamətlərinin azalmasına səbəb olur. Meyvənin tərkibindəki malik turşusu isə təbii pilinq effekti yaradaraq ölü dəri hüceyrələrini təmizləyir.


Yaşıl almanın həm istehlakı, həm də maska və ya püre formasında dəridə tətbiqi nəmləndirici təsir göstərir və dərinin daha hamar quruluşa sahib olmasına şərait yaradır.


Mütəxəssislər balanslı qidalanmada yaşıl almaya yer verilməsinin ümumi dəri sağlamlığına müsbət təsir etdiyini vurğulayırlar.


Əminə Bayramova 

Tarix: 9 Dekabr 2025, 16:42   
Избранный
84
44
pravda.az

10Источники