RU

Tramp: “Krım Ukraynanın  ürəyidir” 

ABŞ Prezidenti Donald Tramp “Politico” nəşrinə müsahibəsində Krımla bağlı qalmaqallı fikirlər səsləndirib. O bildirib ki, Krım Rusiyanın işğalına qədər  Ukraynanın ürəyi olub və regionun böyük potensiala malik olduğunu düşünür.

Vətəninfo.az xəbər verir ki, Tramp daşınmaz əmlak sahəsindəki təcrübəsinə istinad edərək Krımı yüksək qiymətləndirdiyini deyib:

“Krım mənim ürəyim idi. Mən daşınmaz əmlakla məşğul olmuşam və bu sahəni yaxşı bilirəm. Hər dəfə xəritəyə baxanda deyirdim: ‘Ah, bu Krım çox gözəldir. Dörd tərəfdən su ilə əhatə olunub.’ Gözəllik, iqlim və hər şey baxımından Krım ən isti regionlardan biridir.”

ABŞ lideri həmçinin 2014-cü ildə Rusiya və Ukrayna arasında gərginlik zamanı proseslərə çox qarışmadığını, lakin indi Ukraynanı yaxşı tanıdığını qeyd edib.

Tramp müsahibəsində sabiq prezident Barak Obamanı da ittiham edib. Onun sözlərinə görə, Obama Kiyevi Krımdan imtina etməyə “məcbur edib”. Tramp, həmçinin həmin dövrdə vitse-prezident olan Co Baydenin də bu prosesə qarışdığından şübhələndiyini deyib və Bayden haqqında “heç vaxt ağıllı olmayıb” ifadəsini işlədib.

Trampın açıqlamaları həm ABŞ-da, həm də beynəlxalq arenada yeni müzakirələrə səbəb olub.

Избранный
19
veteninfo.az

1Источники