RU

KinoBox onlayn yayım platformasının təqdimatı olub

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Konqres Mərkəzində "KinoBox" onlayn yayım platformasının rəsmi təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, KinoBox Azərbaycanın və region ölkələrinin film istehsalçılarını, rejissorlarını və tamaşaçılarını birləşdirən yeni nəsil rəqəmsal yayım platformasıdır.

KiniBox beynəlxalq filmlərin onlayn nümayişini, müstəqil kino üçün rəqəmsal paylama imkanını və mədəni müxtəlifliyin təşviqini hədəfləyir.

KinoBox-un əsas hədəflərindən biri də yerli film ekosistemini rəqəmsal paylama sistemi, hüquqların qorunması və istifadəçi yönümlülük əsasında inkişaf etdirməkdir. Həmçinin platforma yeni gəlir modellərini və birbaşa yayımları həyata keçirməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
14
apa.az

10Источники