RU

İcra başçısı kənddə səyyar qəbul keçirdi FOTOLAR

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə növbəti görüşü rayonun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin binasında baş tutub. Demokrat.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri və kənd sakinləri iştirak ediblər. Rayon İcra başçısı Rüstəm Xəlilov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Daha sonra qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
demokrat.az

1Источники