Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Qarabağ" çox yaxşı komandadır"
Ölkə.az-ın məlumatına görə, bunu Niderlandın "Ayaks" komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim Bakıdakı mətbuat konfransında deyib.
60 yaşlı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı danışıb:
"Klubdakı insanlar bizə dəstək olur. Bu da bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimiz buraya gəldiyi üçün xoşbəxtik. "Qarabağ" çox yaxşı komandadır. Onların oyunlarını izləmişəm. Oyunçuları texniki cəhətdən yaxşıdır. Sabahkı matç bizim üçün vacibdir".
O, futbolçularına inandıqlarını vurğulayıb: "Bu qarşılaşmanı səbirsizliklə gözləyirik".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.