Politico nəşri 2025-ci il üçün Avropada ən təsirli 28 siyasətçinin siyahısını hazırlayıb, siyahıya ABŞ Prezidenti liderlik edir...
Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Avropa siyasəti üzərindəki böyük təsiri nəzərə alınıb və “Politico 28” reytinqində 2025-ci ilin ən nüfuzlu Avropa siyasətçisi seçilib. Rusiya Prezidenti Vladimir Putin 5-ci, Ukrayna Prezidenti Vladimir Zelenski isə 14-cü yerə yerləşib. Jurnalın illik siyahısı Avropa İttifaqının və qitənin ümumi siyasətində fəallıq göstərən “Edənlər” (Doers), “Değişdiricilər” (Disrupters) və “Xəyalçılar” (Dreamers) kateqoriyalarına bölünüb.
Siyahıda 28 nəfər yer alıb və bu il ABŞ liderinin başda olması Avropanın qlobal hadisələrdən asılılığını vurğulayıb. Trampın 1-ci yeri onun NATO xərclərinə dair tələbləri, Ukrayna münaqişəsinə təsiri və Avropa ölkələri ilə münasibətlərdəki sərt mövqeyini əks etdirib. Putin “Edənlər” kateqoriyasında 5-ci yerdədir, onun Ukrayna müharibəsi və enerji siyasəti ilə Avropa birliyini zəiflətmə strategiyası təsir gücünü qoruyub. Zelenski isə “Xəyalpərvərlər” kateqoriyasında 14-cü yerdə qərarlaşıb.

İlk beşliyi Danimarka Baş naziri Mette Frederiksen (2-ci yer), Almaniya kansleri Fridrix Merts (3-cü yer) və Fransanın “Milli Birləşmə” partiyasının lideri Marin Le Pen (4-cü yer) tamamlayıb. Sonrakı yerlərdə Böyük Britaniyanın “Reform UK” partiyasının lideri Necel Faraç, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, NATO-nun baş katibi Mark Rütte, İtaliya Baş naziri Corca Meloni və Böyük Britaniya Baş naziri Kir Starmer qərarlaşıb.
İkinci onluğa Avropa Xalq Partiyasının sədri Manfred Veber, Macarıstan Baş naziri Viktor Orban və Finlandiya Prezidenti Aleksandr Stub daxil olub. Fransa Prezidenti Emmanuel Makron 19-cu yerdə qərarlaşıb ki, bu da onun son dövrdəki siyasi böhranlar fonunda nüfuzunun azalmasını göstərib. Siyahını FIFA-nın prezidenti Canni Infantino 28-ci yerdə tamamlayıb.
Politico qeyd edib ki, 2025-ci il reytinqi Avropanın siyasi qütbləşməsi, ultramilliyətçilərin yüksəlişi və ABŞ-dən asılılığın artması fonunda formalaşıb.
Poliqon.info