RU

19 yaşında oğlu olan qadın sevgilisi ilə qaçdı: İndi əri ilə barışmaq istəyir

Türkiyənin ATV kanalında Esra Erolun aparıcılığı ilə yayımlanan ailə-məişət məsələləri ilə bağlı veriliş yenə sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, bu dəfə Zeynəb adlı qadın efirə çıxaraq əri ilə barışmaq istədiyini bildirib. Diqqət çəkən məqam isə onun bir tərəfində gənc sevgilisinin, digər tərəfində isə yaşlı ərinin olmasıdır.

Belə ki, 19 yaşında oğlu olan Zeynəb İbrahim adlı gənclə qaçıb. Lakin İbrahim ailəsinin etirazı səbəbindən Zeynəbi tərk edib.

Tərk edildikdən sonra Zeynəb əri ilə barışmaq istədiyini deyib. Əri isə "Əgər səni sevibsə tərk etməzdi" deyərək reaksiyasını bildirib.

Избранный
29
2
publika.az

3Источники