RU

“Gənclik Mall”un qarşısında hər gün bu hal təkrarlanır Dayanacaq zəbt olunur VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısında) kütləvi şəkildə qayda pozan sürücülər görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərərək məlumat verib. Kadrdan göründüyü kimi, Kadrlardan görünür ki, 77-LU-598 dövlət nömrə nişanlı “Toyota Prius” və 77-FY-125 nömrəli “Hyundai” markalı avtomobillərin sürücüləri avtobus dayanacağında park edərək hərəkəti məhdudlaşdırıblar. Şikayətçinin sözlərinə görə, ərazidə bu vəziyyət demək olar ki, günün bütün saatlarında təkrarlanır və qaydanı pozanların böyük hissəsi taksi fəaliyyəti göstərən sürücülərdir.

Qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin avtobus dayanacağından ən azı 15 metr aralı saxlanılması tələb olunur.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
avtosfer.az

1Источники