RU

Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur - Deputat (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatları Afət Həsənova, Fatma Yıldırım, ErkinQədirli və Şahin Seyidzadənin daxil olduğu parlament nümayəndəheyəti Estoniyada rəsmi səfərdə olub.

A.Həsənova Trend-ə bildirib ki, səfər çərçivəsindəAzərbaycan–Estoniya parlamentlərarası dostluq qrupu Estoniyaparlamenti və hökumətinin yüksək vəzifəli nümayəndələri ilə birsıra görüşlər keçirib.

Onun sözlərinə görə, görüşlər səmimi və konstruktiv mühitdə baştutub, tərəflər parlament diplomatiyasının gücləndirilməsi,qarşılıqlı siyasi dialoqun dərinləşdirilməsi və ikitərəflimünasibətlərin inkişaf perspektivləri ətrafında geniş fikirmübadiləsi aparıblar:

“Estoniya parlamentində (Riygikoqu) bir sıra görüşlər keçirdik.Burada vitse-spiker Arvo Aller, Azərbaycanla parlamentlərarasıdostluq qrupunun sədri Riina Solman, Xarici əlaqələr komitəsininsədri Marko Mihkelson, spikerin müşaviri, Avropa Parlamentininkeçmiş üzvü İndrek Tarand və digər parlamentarilərlə görüşərək,parlamentlərarası əməkdaşlıq perspektivləri və digər məsələlərətrafında fikir mübadiləsi apardıq.

Həmçinin, Estoniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa vəMərkəzi Asiya Departamentinin baş direktoru Erika Ellamaa-Ots vədigər rəsmilərlə görüşlərdə iki ölkə arasında siyasi dialoqungenişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraqdoğuran məsələləri müzakirə etdik. Bu təmaslar iki ölkə arasındaəməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayişetdirir.

Səfər zamanı siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq,ticarət münasibətlərinin genişləndirilməsi, elm və təhsil sahəsindəbirgə layihələr, mədəni mübadilə proqramları, eləcə də rəqəmsaltransformasiya və elektron hökumət sahəsində tərəfdaşlıq imkanlarıxüsusi diqqət mərkəzində oldu. Estoniyanın bu sahədəki qabaqcıltəcrübəsinin Azərbaycan üçün maraq doğurduğu vurğulandı”.

A.Həsənova əlavə edib ki, Azərbaycanda Estoniya səfirliyininfəaliyyəti ilə bağlı planlaşdırılan addımlar da müzakirəolundu:

“Bu təşəbbüs ikitərəfli münasibətlərin diplomatik müstəvidə dahada möhkəmləndirilməsinə, investisiya mühitinin genişləndirilməsinəvə humanitar sahədə əməkdaşlığın dərinləşməsinə mühüm töhfəverəcək.
Mürəkkəb beynəlxalq siyasi şərait fonunda parlamentlərarasıəlaqələrin, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərininəhəmiyyəti xüsusi vurğulandı. Tərəflər gələcəkdə birgətəşəbbüslərin, ortaq layihələrin və institusional əməkdaşlığıngenişləndirilməsi barədə razılıq ifadə etdilər.
Səfərin nəticələrinin Azərbaycan və Estoniya arasındamünasibətlərin daha da inkişafına zəmin yaratdığı bildirildi.Həmçinin qeyd olundu ki, 2026-cı il çərçivəsində bir sıra yenilayihələrin həyata keçirilməsi nəzərdə tutulur və iki ölkə arasındadostluq əlaqələrinin daha da möhkəmlənəcəyi gözlənilir”.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
40
1
az.trend.az

2Источники