RU

Kiberpolis Qarabağ–Ayaks oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi(KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsindəTofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Ayaks” futboloyununun biletlərinin qeyri-qanuni onlayn satışına qarşı növbətiəməliyyat-texniki tədbir keçirib.

Trend xəbər verir ki, bubarədə DİN məlumat yayıb.

Bildirilir ki, biletləri əvvəlcədən onlayn qaydada və satışməntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlifsəhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətəsatmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar.Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

Bir daha idman yarışlarını stadionda izləmək istəyənvətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə dəonlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldəetməyi tövsiyə edirik.
Qeyd edək ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlıdələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumatverə bilərlər.

Избранный
82
47
az.trend.az

10Источники