RU

Tramp: Maduronun günləri sayılır...

ABŞ prezidenti Venesuela liderini ölkəyə “məhbuslar və narkobaronlar göndərməkdə” ittiham edir…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Politico nəşrinə müsahibəsində Venesuela lideri Nikolas Maduronu sərt tənqid edərək onun hakimiyyətdə qalmasının uzun çəkməyəcəyini bildirib. Tramp deyib ki, Maduro “günlərinin sayıldığını” özü də yaxşı anlayır və bunun səbəblərindən biri Venesueladan ABŞ-a “milyonlarla insanın, o cümlədən məhbusların və psixiatrik müəssisələrdən çıxan şəxslərin göndərilməsi”dir.

Trampın sözlərinə görə, Maduro ABŞ-a gələn qeyri-qanuni miqrant axınından maksimum istifadə edib.

“Onların çoxu həbsxanalardan, çoxu narkotacirlər, narkobaronlar, çoxu isə psixiatrik xəstəxanalardan çıxan insanlardır. O, bunları bizim ölkəyə göndərrurdi, münki o zaman bizim çox axmaq prezidentimiz var idi”, deyə Tramp bildirib.

ABŞ lideri həmçinin Venesuelaya qarşı mümkün hərbi müdaxilə variantına da toxunub. O, bu barədə dəqiq mövqe bildirməkdən yayınaraq, belə deyib:

“Amerika hərbçilərinin Venesuelaya göndərilməsi ehtimalını nə təsdiq edirəm, nə də inkar. Mən bu barədə danışmaq istəmirəm”, deyə ABŞ prezidenti vurğulayıb.

Trampın açıqlaması Vaşinqton və Karakas arasında gərgin münasibətlərin fonunda verilib. ABŞ administrasiyası Maduronun legitimliyini uzun illərdir tanımır və onu hakimiyyəti zorla saxlayan avtoritar lider adlandırır.

Poliqon.info

Избранный
76
poliqon.info

1Источники