RU

Ağdam şəhərinin daxili yollarının uzunluğu 189,7 kilometr olacaq

Ağdam şəhərinin baş planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük mütəxəssisi Məmməd Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub: "Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Umumi uzunluğu 189.7 kilometr olan avtomobil yolunun 17,5 kilometrlik hissəsinin torpaq yatağının eni 55-60 metr təşkil edəcək. Bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50 km olmaqla 4 hərəkət zolaqlı yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr olmaqla 2 hərəkət zolaqlı ğolacaq".

Qeyd olunub ki, Ağdam şəhərinin daxili yollarının tikintisinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.

Ağdam



Избранный
164
49
visiontv.az

10Источники