RU

Qurban Qurbanov: Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, meydanda çox diqqətli olmalıyıq: "Qarşımızda ilk qalibiyyətini qazanmaq istəyən komanda var. Onlar bu oyuna çox ciddi hazırlaşıblar. İki gün öncədən Bakıya gəliblər və məşqi başqa stadionda ediblər. Rəqib meydanda çoxlu rotasiyalar edən və birə-bir oynamağı sevən komandadır. Qalib gəlmək və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azvision.az

2Источники