RU

Çinin iqtisadi gücü qlobal güc balansını dəyişdirə, ticarət asılılıqlarını artıra bilər

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu il Çinin mal ticarət profisiti tarixdə ilk dəfə olaraq 1 trilyon dolları keçib. ABŞ Prezidenti Donald Trampın başlatdığı tarif müharibəsinə baxmayaraq, ixrac həcmləri artıb. Bazar ertəsi günü açıqlanan Gömrük Administrasiyasının məlumatlarına görə, Çinin bu ilin ilk 11 ayı ərzində dollar ifadəsində ticarət profisiti (bu rəqəm malları əhatə edir, lakin xidmətləri əhatə etmir) 1,076 trilyon dollar olub. Müqayisə üçün, bütün 2024-cü il üçün bu rəqəm 1 trilyon dollardan bir qədər az olub.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu göstərici əsasən elektronika və mikroçiplərə artan tələbat, ixrac marşrutlarının diversifikasiyası və ABŞ-a ixracın azalması səbəbindən mümkün olub. İqtisadçının sözlərinə görə, bu rekord qlobal iqtisadiyyata həm müsbət, həm də mənfi təsir göstərə bilər.

Akif Nəsirli

“Çinin güclü profisiti dünya ticarətini canlandıra, istehsal və təchizat zəncirində sabitlik yarada bilər. Eyni zamanda, bəzi ölkələrdə ticarət balansının pozulması, xarici borc və valyuta riski kimi problemləri dərinləşdirə bilər. Bu, mövcud qlobal böhrana qarşı həssaslığı artırır, xüsusən borcu yüksək və idxala asılı ölkələr üçün risk yaradır.

Çinin iqtisadi gücü həmçinin qlobal güc balansını dəyişdirə, ticarət asılılıqlarını artıra və regional iqtisadi gərginlikləri gücləndirə bilər. Qlobal bazarlarda qiymət dalğalanmaları, idxal-xərc artımı və logistika çətinlikləri kimi təsirlər Azərbaycan kimi idxal asılı ölkələrə də təsir göstərə bilər”-deyən Akif Nəsirli qeyd edib ki, bu rekord göstərici qlobal ticarət və iqtisadi artım üçün müsbət siqnaldır, eyni zamanda bərabərsizlik, borc və maliyyə riskləri kimi problemləri arxa planda saxlayır.

“Qlobal iqtisadi böhrana davamlılıq yalnız balanslı ticarət və maliyyə sabitliyi ilə təmin oluna bilər”-deyə Akif Nəsirli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
47
icma.az

1Источники