RU

“Komandanı ikinci yerə çıxardığım üçün çox şadam” - Rassel

“Mercedes”in pilotu Corc Rassel komandanın Konstruktorlar kubokunda ikinci yeri tutmasına kömək etdiyi son “Formula-1” mövsümü haqqında düşüncələrini bölüşüb.

İdman.Biz-in məlumatına görə, britaniyalı pilot X sosial media hesabında bu barədə yazıb.

“2025 bitdi. Komandanı Konstruktorlar Kubokunda ikinci yerə çıxardığım üçün çox şadam! Bu, enişli-yoxuşlu, bəzi inanılmaz uğurlarla və bir çox dərslərlə dolu bir il oldu. Səyləri və fədakarlıqlarına görə pərdəarxası işləyən inanılmaz insanlara təşəkkür edirəm! 2026-cı ilə doğru!”, - britaniyalı pilot qeyd edib.

Son çempionatda Rassel 319 xal toplayaraq pilotların sıralamasında dördüncü yeri tutub. Onun pilotu olduğu “Mercedes” komandası Konstruktorlar kubokunda yalnız “McLaren”dən geri qalaraq ikinci yerdə qərarlaşıb.

İdman.Biz

Избранный
76
idman.biz

1Источники