RU

Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə münasibətlərində yeni mərhələ açdı - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmisəfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yenimərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi hadisədir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu səfər təkcə protokol xarakteri daşımır,əksinə, çoxvektorlu əməkdaşlıq xəttinin dərinləşməsi, Avropaİttifaqının mərkəzində yeni strateji tərəfdaşlıq modelininformalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Prezidentlərin açıqlamaları, imzalanan sənədlər və verilənmesajlar göstərir ki, Bakı–Bratislava xətti gələcək illərdə daha dagüclənəcək. Azərbaycan və Slovakiya dost ölkələr, stratejitərəfdaşlar, Mərkəzi Avropa–Cənubi Qafqaz xəttində qarşılıqlımaraqları tamamlayan dövlətlər kimi çıxış edirlər. 2023-cü ildəimzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə səfərinsiyasi çərçivəsini müəyyən edən əsas hüquqi-siyasi sənəddir. Bubəyannamə münasibətləri yüksəldən əsas platformadır və səfər həminsənədin reallaşma mərhələli olduğunu göstərir. Prezident İlhamƏliyevin nitqində ən çox vurğulanan istiqamətlərdən biri enerjisahəsi oldu. Slovakiya uzun illər Rusiya qazından asılılıq səbəbiləenerji təhlükəsizliyində diversifikasiyanı prioritet sayan ölkədir.Azərbaycanın isə Avropanın enerji xəritəsində rolu sürətlə artır.2024-cü illərdə ilk dəfə Azərbaycan qazı Slovakiyaya çatdırılıb.Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Bununla Azərbaycanboru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında birinciyeri tutur. Yeni qaz yataqlarının istismarı ilə Azərbaycanın ixracpotensialı daha da artacaq. Bu, Azərbaycanın Avropanın enerjitəhlükəsizliyində mühüm strateji oyunçuya çevrildiyini bir dahatəsdiqləyir. Slovakiya üçün Azərbaycan enerji təchizatınınşaxələndirilməsi baxımından əvəzolunmaz tərəfdaşdır."

A.Qarayev bildirib ki, müdafiə sənayesi əməkdaşlığı səfərindigər mühüm istiqamətidir. Prezident İlham Əliyev xüsusiləvurğuladı ki, əməkdaşlığın mahiyyəti hərbi ritorikaya yox, məhzsənaye sinergiyası,texnoloji inkişaf, birgə istehsal, üçüncüölkələrə ixrac için ortaq məhsulların yaradılması kimi sahələrəyönəlib.

"Slovakiyanın inkişaf etmiş hərbi-sənaye texnologiyaları iləAzərbaycanın maliyyə imkanlarının birləşməsi regionda yeni istehsalgüclərinin formalaşmasına şərait yarada bilər. Bu model həmiqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətlidir. Slovakiyanümayəndə heyətinin 8 Noyabr – Zəfər Günündə Bakıda iştirak etməsidə siyasi-strateji münasibətlərin yüksək səviyyəsiningöstəricisidir. Görüşdə yenilik data mərkəzləri və informasiyatexnologiyaları sahəsində birgə layihələrin müzakirə edilməsidir.Slovakiya şirkətləri ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal sahədəregional liderliyinə ciddi töhfə verə bilər."

Избранный
107
1
az.trend.az

2Источники