RU

İki gün leysan olacaq -XƏBƏRDARLIQ

Dekabrın 9-u axşamdan 11-i gündüzədək Abşeron yarımadası və Bakı şəhərində arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunur ki, dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var.

 

Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

 

Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Избранный
20
49
senzor.az

10Источники