Rusiyanın Kamçatka diyarında 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı teleqram kanalında məlumat yayıb.
Seysmik hadisə Petropavlovsk-Kamçatskdan 300 km məsafədə baş verib. Zəlzələnin episentri 80,4 km dərinlikdə yerləşib.