RU

Yağış üçün əvvəl dua, sonra PUA...

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İranda uzun müddətdir şiddətli quraqlıq hökm sürür. Hökumət su böhranını aradan qaldırmaq üçün PUA-lar vasitəsilə genişmiqyaslı bulud toxumlama əməliyyatları (təyyarələr vasitəsilə buludlara gümüş və ya kalium yodid kimi kimyəvi maddələrin səpilməsi ilə süni şəkildə yağış yağdırılması - red.) aparır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın energetika naziri Abbas Əliabadi parlamentdəki çıxışı zamanı deyib.

O, bulud toxumlama prosesinin miqyası və əldə edilən nəticələr barədə danışarkən bildirib ki, əməliyyatlar əvvəlki illərə nisbətən daha sistemli, elmi və məlumatlara əsaslanan şəkildə aparılır.

“Hazırda toxumlama işləri genişləndirilib. Son ildə ölkənin 31 əyalətində 61 dron əməliyyatı və 2 min saatlıq yer əməliyyatı icra olunub”, - nazir vurğulayıb.

İranlı nazirin sözlərinə görə, bulud toxumlama fəaliyyətləri, əsasən, Urmiya gölü, Zayəndə Rud çayı hövzəsi, Tehran, Elburz, Fars və Xorasan bölgələrində cəmləşib. O əlavə edib ki, yeni ildə də uyğun yağıntı sistemləri müəyyən edildikcə bu bölgələrdə əməliyyatlar davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl İranın paytaxtı Tehranda quraqlıqla bağlı su böhranı fonunda sakinlər yağış yağması üçün kollektiv dua etmişdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
qafqazinfo.az

1Источники