"Tomari" stansiyasının yenidən işə salınmasına razılıq verilməsi son bir ayda ikinci belə qərardır. Bundan əvvəl Niiqata prefekturasının rəhbərliyi noyabr ayında dünyanın ən böyük ACC-i olan "Kasiwadzaki-Kariva"nın bir reaktorunun işə düşməsinə razılıq vermişdi.
"Tomari"nin üçüncü enerji blokunun 2027-ci ildə işə salınacağı gözlənilir. Bunun üçün stansiyanın təhlükəsizliyini təmin etmək məqsədilə yeni liman və qoruyucu dambanın tikilməsi tələb olunur. Təhlükəsizlik tədbirlərinə ümumi investisiyaların 630 milyard yen (təxminən 4,03 milyard ABŞ dolları) olacağı bildirilir.
Xatırladaq ki, 2011-ci ildə "Fukuşima-1" faciəsindən əvvəl Yaponiyada 54 reaktor fəaliyyət göstərir və ölkənin elektrik enerjisinin üçdəbirini təmin edirdi. Avariyadan sonra bütün reaktorlar dayandırılmışdı. Hazırda isə ölkədə yeni təhlükəsizlik standartlarına uyğun şəkildə atom stansiyalarının mərhələli şəkildə bərpası davam edir. Hazırda Yaponiyada 14 reaktor fəaliyyət göstərir və bu say tədricən artır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31