RU

Azərbaycan və Rusiyanın ortaq şirkəti ləğvi ilə əlaqədar səhmlərini dövriyyədən çıxarır

“AZRUSTRANS” Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətinin ləğvi ilə bağlı rəsmi elan yayıb.

Banker.az xəbər verir ki, cəmiyyətin ləğvetmə prosesi çərçivəsində ona məxsus bütün səhmlər dövriyyədən çıxarılır və ləğv edilir.

Sözügedən QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 150 000 manatdır.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə operatoru “Rusaqrotrans” QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə “AzRusTrans” QSC müştərək müəssisəsini yaradıb. QSC Rusiya Federasiyasında və Azərbaycanda şəxsi qatar parkına sahibdir.

Избранный
15
banker.az

1Источники