“Birləşmiş Aviasiya Korporasiyası” (UAC) Su-34 qırıcı-bombardmançı təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
“Poliqon” UAC-yə istinadən xəbər verir ki, təyyarələr lazımi zavod və uçuş sınaqlarından keçdikdən sonra sifarişçiyə çatdırılıb.
Bildirilib ki, Su-34 qırıcı-bombardmançısı yerüstü (səth) və hava hədəflərinin, hava hücumundan müdafiə vasitələri ilə qorunan və aerodromdan xeyli uzaq məsafədə yerləşən infrastruktur obyektlərinin məhv edilməsi üçün nəzərdə tutulub. Təyyarə həmçinin hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün də istifadə oluna bilər.
“Biz planlı şəkildə 2025-ci ilin istehsal proqramını başa çatdırırıq və artıq gələn ilin təyyarələri üzərində işə başlamışıq. UAC müəssisələri döyüş aviasiyasının istehsalında yüksək tempi saxlayaraq Hava-Kosmik Qüvvələri qarşısında olan öhdəliklərini yerinə yetirir. Bu il operativ-taktiki təyyarələrin təhvili sayına görə ən məhsuldar illərdən biri olub”, — deyə UAC-nin baş direktoru Vadim Badexa qeyd edib.