RU

Premyer Liqanın ən bahalı 10 futbolçusu açıqlanıb

Transfermarkt siyahısında ilk yerdə 200 milyon avroluq Erling Haaland qərarlaşıb…

Poliqon xəbər verir ki, məşhur Transfermarkt portalı İngiltərə Premyer Liqasının ən yüksək dəyərə malik futbolçularının yenilənmiş reytinqini dərc edib. Siyahıya “Mançester Siti”nin norveçli hücumçusu Erling Haaland başçılıq edir. Onun transfer dəyəri 200 milyon avro qiymətləndirilir.

İlk onluqda yer alan futbolçuların siyahısı belədir:

1. Erling Haaland (“Mançester Siti”) — 200 mln avro

2. Bukayo Saka (“Arsenal”) — 130 mln avro

3. Deklan Rays (“Arsenal”) — 120 mln avro

4. Aleksander İsak (“Liverpul”) — 120 mln avro

5. Koul Palmer (“Çelsi”) — 120 mln avro

6. Florian Virts (“Liverpul”) — 110 mln avro

7. Moyses Kaysedo (“Çelsi”) — 110 mln avro

8. Vilyam Saliba (“Arsenal”) — 90 mln avro

9. Rayan Qravenberx (“Liverpul”) — 90 mln avro

10. Dominik Soboslai (“Liverpul”) — 85 mln avro

Siyahıda “Arsenal”, “Çelsi”, “Liverpul” və “Mançester Siti”nin əsas ulduzları üstünlük təşkil edir. Son illərdə Premyer Liqada artan maliyyə gücü və yüksək transfer rəqabəti futbolçuların bazar dəyərinin kəskin yüksəlməsi ilə nəticələnib.

Poliqon.info

Избранный
25
4
poliqon.info

6Источники