Bakı, 10 dekabr, AZƏRTAC
Almaniyanın Keinbaum şəhərində keçiriləcək boks üzrə U-17 Avropa çempionatının püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkdə Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri bəlli olub.
Yarışın ilk günündə yığmamızın 4 boksçusu rinqə çıxacaq. 29 ölkənin qatıldığı çempionatın qaliblərinin adına isə dekabrın 17-də aydınlıq gələcək.
U-17 Avropa çempionatı
Almaniya, Keinbaum
10 dekabr
1/16 final
Əli Abaslı (52 kiloqram) – Qabriel Cuffari (İtaliya)
Haqverdi Həsənov (63 kiloqram) – Rostislav Horodinski (Ukrayna)
1/8 final
Aysel Fərəcova (46 kiloqram) – Lili Bassett (İngiltərə)
Əminə Tağı (50 kiloqram) – Dominika Vnukova (Slovakiya)
11 dekabr
1/8 final
Qardaş Rəhimov (46 kiloqram) – Hasan Pehlivan Uçaq (Türkiyə)
Əli Əliyev (48 kiloqram) – Noa Sançes (Fransa)
Ayxan Həsənov (50 kiloqram) – Berat Akduman (Türkiyə)
İbrahim Bədəlli (54 kiloqram) – Maykl Makdonaq (İrlandiya)
Səma Abbasovaya (66 kiloqram) – Olişia Malijek (Polşa)
Şükar Əliyev (75 kiloqram) – Valentin Zefi (Albaniya)
İsmayıl Vəliyev (80 kiloqram) – Elvir-Aqustin Dinu (Rumıniya)
Səfdər Məmmədzadə (+80 kiloqram) – Arian Leon Kostrika (Almaniya)
12 dekabr
1/8 final
Zəhra Məmmədova (52 kiloqram) – Laura Dorko (Macarıstan)
Gülər Hüseynova (48 kiloqram) – Oleksandra Mişçenko (Ukrayna)
Fidan Bakarova (63 kiloqram) – Antonina Binieçka (Polşa)
Raul Heydərli (57 kiloqram) – Kalib Valşe (İrlandiya)
Şahin Aslanov (60 kiloqram) – Demid Kloçko (İsrail)
Nurlan Süleymanov (66 kiloqram) – Baturalp Çevik (Türkiyə)
Adil Zalov (70 kiloqram) – Hakan Arda İlgün (Türkiyə)
13 dekabr
1/4 final
Cəmilə Muradlı (54 kiloqram) – Elena Mourolova (Çexiya)/Yevanyelina Petruk (Ukrayna) cütünü qalibi