RU

Sərxoşluq səbəbindən qəzaların sayı azalır

Həyata keçirilən profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən qəzaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 ay ərzində 12 fakt azalıb.

XəzərNews.az xəbər verir ki, məlumatı DİN yayıb.

Buna baxmayaraq, toy və digər şadlıq mərasimlərindən sonra sərxoş halda sükan arxasına keçənlərin yaratdığı risk tam olaraq aradan qalxmır.

Yol polisi sürücülərə bir daha xəbərdarlıq edir: sərxoş vəziyyətdə maşın idarə etmək təkcə qanun pozuntusu deyil, həm də insan həyatını təhlükəyə atan davranışdır. Təhlükəsizliyin təmin olunması üçün nəzarət və maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi bildirilir.

Xəbər 5 dəfə oxunub.
Избранный
62
xezernews.az

1Источники