RU

Dönərdən zəhərlənən şagirdlər evə BURAXILDI - YENİLƏNİB

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bildirilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, dünən axşam radələrində Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərlənmə iddiası ilə xəstəxanaya hospitalizasiya olunublar.

***

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: “Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Məsələ nəzarətə götürülüb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

***

Dönərdən zəhərlənən məktəblilərin adları məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, onlar 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.

***

Gəncə şəhərində orta məktəb şagirdləri arasında zəhərlənmə qeydə alınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

Belə ki, bir neçə şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara tibbi yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
26
11
redaktor.az

10Источники