RU

“Ayaks”ın çalışdırıcısı: “Qarabağ”a qarşı planlarımız var”

Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”a qarşı keçiriləcək oyundan öncə “Ayaks"ın baş məşqçi əvəzi Fred Qrim fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, F.Qrim klubdakı insanların onlara dəstək olduğunu azarkeşlərin bura gəlişinin onalı sevindirdiyini bildirib

“Rəqibin oyunlarını izləmişik və təhlil etmişik, futbolçular texniki cəhətdən güclüdür. Balanslı və böyük komandadır.

“Qarabağ” hücumlarda çox sürətlidir və bunun üçün də müəyyən planlarımız var. Səbirsizliklə oyunu gözləyirik. Mövcud durumlarına əsasən futbolçular meydana çıxacaq”, - deyə, qeyd edib.

O, əvvəlki Çempionlar Liqası matçlarında məğlubiyyətlərin komanda üçün ağır olduğunu xatırladıb:

“Xal qazanmaq istəyirik. Növbəti mərhələyə düşmək istəyirdik.

Belə bir turnirdə xalsız qalmaq yaxşı deyil, pisdir. Rəqibin yeddi xalı var, bunu bilirik və əlimizdən gələni edəcəyik”.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” qarşılaşması dekabrın 10-da saat 21:45-də start götürəcək.

Избранный
20
sportinfo.az

1Источники