RU

Paşinyan Ankaradan əsas gözləntisini dilə gətirdi

Son vaxtlar Ermənistan və Türkiyə arasında təmaslar nəzərəçarpacaq dərəcədə intensivləşib ki, bu da münasibətlərin normallaşması prosesinə öz töhfəsini verir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında “Ermənistanın sülhün, regional əlaqənin və Aİ ilə münasibətlərin institusionallaşdırılmasına yanaşmaları” mövzusunda panel müzakirəsi zamanı deyib.

Baş nazir bildirib: "Almaniya Xarici Əlaqələr Şurasındakı əvvəlki iclasımızdan [2023-cü ilin martında – red.] Ermənistan və Türkiyə arasında təmasların intensivləşməsinin şahidi olduq. Bu təmaslar demək olar ki, bütün səviyyələrdə, mənimlə Prezident Ərdoğan, xarici işlər nazirlərimiz və xüsusi nümayəndələrimiz, iki xarici işlər nazirlikləri, o cümlədən müvafiq sektorlar üzrə aparılır. Rəsmi Ankara ilə praktiki olaraq fəal şəkildə davam etdiririk”, -

Paşinyan Ankaranın çoxdan gözlənilən qərarı verəcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, Türkiyə Ermənistanla sərhədin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı çoxdan gözlənilən siyasi qərarı verəcək”.


Telegram kanalımız
Избранный
28
1
yenisabah.az

2Источники