RU

Almaniya və Ermənistan arasında altı sahə üzrə anlaşma əldə edildi

BAKI, 10 dekabr. TELEQRAF

Ermənistan hökuməti Baş nazir Nikol Paşinyan və Almaniya Kansleri Fridrix Merts arasında dekabrın 9-da keçirilən görüşün yekunları üzrə imzalanmış “Ermənistan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlığın strateji gündəliyi”nə dair birgə bəyannamənin mətnini dərc edib.

Teleqraf xəbər verir ki, bəyannamə üzrə tərəflər arasında bir sıra sahələrlə bağlı razılaşma əldə olunub.

Tərəflər aşağıdakı anlaşmaya nail olublar:

Siyasi-diplomatik əməkdaşlıq

İqtisadi-ticari əməkdaşlıq

İnkişaf və potensialın yaradılması

Mədəniyyət, təhsil, dil və insanlar arasında mübadilə

Elm, texnologiya və innovasiya

Təhlükəsizlik və müdafiə

“Bu bəyannamə beynəlxalq müqavilə deyil, buna görə də, daxili və ya beynəlxalq hüquq çərçivəsində hüquq və öhdəliklər yaratmır. Bəyannamə üzrə fəaliyyətlərin həyata keçirilməsi resursların mövcudluğu və tərəflərin müvafiq qanun və qaydalarından asılı olacaq. Tərəflər əməkdaşlığın əlavə sahələrini müəyyən edə və qarşılıqlı surətdə müəyyən edə bilərlər. Birgə bəyannaməyə hər iki tərəfin qarşılıqlı yazılı razılığı ilə istənilən vaxt düzəlişlər edilə bilər. Tərəflərdən hər biri bu birgə bəyannamədə nəzərdə tutulmuş əməkdaşlığa istənilən vaxt xitam verə bilər. O, əməkdaşlığa xitam vermək niyyəti barədə digər tərəfə azı altı ay əvvəl yazılı məlumat verməlidir”, - bəyannamədə vurğulanıb.

Избранный
6
teleqraf.com

1Источники