Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə dekabrın 9-u saat 11 radələrində qeydə alınıb.
1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı X.Mustafayev küçəsi 443 ünvanındakı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта