Ukrayna Prezidenti Volodimir Zelenski hər zaman seçkilərə hazır olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Avropa paytaxtlarında bir müddətdir diplomatik görüşlər keçirən Zelenski İtaliyanın paytaxtı Romaya gedib.
Burada ev sahibi Baş nazir Corcia Meloni ilə görüşdən əvvəl İtaliyanın aparıcı qəzetlərindən olan "Repubblica" və "Messaggero" ya müsahibə verib.
ABŞ Prezidenti Donald Trampın Zelenskinin seçkilərdən yayınmaq üçün müharibədən istifadə etdiyini iddia etməsinə Ukrayna liderindən cavab gəlib.
Zelenski bu iddialara cavab olaraq deyib:
“Mən hər zaman seçkilərə hazıram”.Zelenski, həmçinin sülh danışıqları mövzusunda İtaliya Baş naziri Meloniyə güvəndiyini də vurğulayıb.
Xatırladaq ki , ABŞ Prezidenti Tramp Ukraynada seçkilərin keçirilməsi ilə bağlı belə deyib:
“Bəli, məncə vaxtı çatıb. Çox uzun müddət keçib. Vəziyyət yaxşı getmir. Məncə indi seçki keçirmək üçün mühüm bir andır. Müharibədən seçki keçirməmək üçün istifadə edirlər, amma məncə Ukrayna xalqının bu seçimi olmalıdır”.Tramp seçkilər keçirilsə “bəlkə də Zelenski qalib gələ bilər” deyərək əlavə edib:
“Demokratiyadan danışırlar, amma artıq demokratiyanın olmadığı bir nöqtəyə gəlirlər”.