ABŞ Müdafiə Nazirinin keçmiş müşaviri, təqaüdçü polkovnik Duqlas MakQreqor Ukrayna Prezidenti Vladimir Zelenskiyə sərt mesaj göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, MakQreqor "X" platformasında yazıb ki, Zelenski hələ də “qeyri-real mövqedə qalır” və Ukraynadakı münaqişəni bitirmək üçün sülh sazişinə razılaşmalıdır.
"Zelenski hələ də əvvəldən olduğu kimi qeyri-real mövqeyini qoruyur. Sülh bağla, axmaq".
Xatırladaq ki, Donald Tramp administrasiyasının nümayəndələri Zelenskiyə Vaşinqtonun təklif etdiyi yeni sülh planına cavab verməsi üçün bir neçə gün vaxt verildiyini bildirib.