RU

Son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı dəyişib - Xamis Seyranov

Bakı.Trend:

Son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışıxeyli dəyişib.

Trend xəbərverir ki, bu fikirləri bu gün Azərbaycan Metrologiya İnstitutununbaş direktoru Xamis Seyranov Bakıda keçirilən Fövqəladə HallarNazirliyi, SOCAR və Azərbaycan Sənaye TəhlükəsizliyiAssosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III SənayeTəhlükəsizliyi Zirvəsində panel müzakirəsi zamanı çıxış edərkəndeyib.

O qeyd edib ki, sənayedə təhlükəsizliyə təhdid yarada biləcəkhər hansı bir riskin vaxtında aşkar olunması və qarşısınınalınması, ilk növbədə nəzarətdə saxlanılan ölçmə vasitələrinindüzgün işləməsindən asılıdır:

“Metrologiya sənaye sahələrində istifadə olunan müxtəliftəyinatlı və müxtəlif ölçülü ölçmə vasitələrinin düzgün və etibarlışəkildə fəaliyyət göstərməsini təmin edən sahədir. Sevindiricihaldır ki, son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metrolojibaxışı xeyli dəyişib və inkişaf edib. Azərbaycan Metrologiyaİnstitutu isə dövlət etalonlarının saxlayıcısı və bu sahədəkalibrləmə və yoxlama fəaliyyətini həyata keçirən səlahiyyətliqurum kimi müəssisələrə göstərdiyi xidmətləri genişləndirib. Buxidmətlərin əlçatan olması bizi xüsusilə sevindirir”.

X.Seyranov vurğulayıb ki, metroloji xidmətlərin mövcudluğusənaye müəssisələri üçün son dərəcə vacibdir. Bu vacibliyin səbəbiyalnız keyfiyyətin təmin edilməsi və ya təhlükəsizliklə bağlıdeyil:

“Metrologiya həm də müəssisələr üçün əlverişlilik və idarəetməbaxımından böyük əhəmiyyət daşıyır. Belə ki, müəssisə ölçməvasitələrinin düzgün və dəqiq işləməsi nəticəsində əldə edilənməlumatlara əsaslanaraq vaxtında düzgün biznes qərarları qəbul edəbilir. Müəssisə dəqiq bilir ki, nə qədər məhsul istehsal olunub, nəqədər məhsul təqdim edilib, istehsal etdiyi məhsul hansıkeyfiyyətdədir və atdığı addımlar beynəlxalq standartlara vəqanunvericiliyin tələblərinə uyğundur”.

Məqalədə:
Избранный
29
az.trend.az

1Источники