RU

AFFA İntizam Komitəsi klubları cəzalandırdı

03.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

03.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “İmişli” – “Sabah” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sabah” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

03.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Qarabağ” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

04.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Difai” – “Sumqayıt” oyununun 83-cü dəqiqəsində “Difai” komandasının 77 nömrəli futbolçusu Roman Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Difai” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

04.12.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

08.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sabah” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu halcari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Neftçi” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sumqayıt” – “İmişli” oyununun 90+13-cü dəqiqəsində “Sumqayıt” komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 1000 manat cərimə edilsin (maddə 17.6, 17.7)

09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun “Sumqayıt” – “İmişli” oyununda “İmişli” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Избранный
9
8
teleqraf.com

10Источники