RU

Bu şəxslərin vərəsələrinə orta aylıq dövlət maaşının 4 misli qədər pul veriləcək

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dövlət qulluqçusunun işinə xitam verilməsi ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik nəzərdə tutulur.

Ölkə.az xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclaısnda müzakirə edilib.

Qanuna nəzərdə tutulan dəyişikliyə əsasən dövlət qulluqçusunun “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq arzusu ilə  və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, o dövlət qulluğunun öz seçimi ilə son 24 ayının və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta ayılıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq verilir.

Bu məbləğdən vergi, məcburi dövlət sığorta haqqı və digər icbari ödənişlər nəzərdə tutulmur.

Qanuna dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödənilməsi təklif olunur.

Digər təklif olunan dəyişikliyə əsasən isə dövlət qulluğuna xitam verildikdə isə dövlət qulluqçusuna isə orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödənilməsi nəzərdə tutulur.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
1
olke.az

2Источники