ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin əsas səbəblərini başa düşməyə başlayan yeganə Qərb lideridir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun TASS-a bildirib.
"ABŞ-da hamı böyük səbirsizlik nümayiş etdirir, xüsusən də prezident Tramp. Artıq dediyim kimi, Tramp Ağ Evə daxil olduqdan dərhal sonra Ukraynada müharibəni qaçılmaz edən səbəbləri başa düşməyə başlayan yeganə Qərb lideridir”, - nazir qeyd edib.
Lavrov həmçinin əlavə edib ki, Moskva Amerika liderinin dialoq və Ukrayna böhranının diplomatik yolla həll istəyini yüksək qiymətləndirir.