RU

İranda Netanyahuya bənzəyən adam sosial mediada mübahisə yaratdı

İranda çörək növbəsində çəkilən bir foto sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, şəkildə növbədə duran bir kişinin İsrailin Baş naziri Binyamin Netanyahuya bənzəməsi diqqət çəkib.

Xaki rəngli şalvar və tünd qırmızı sviter geyinən şəxsin görüntüsü qısa müddətdə viral olub və sosial mediada geniş müzakirə doğurub.

Paylaşılan foto minlərlə reaksiya toplayıb. Sosial media istifadəçilərinin bir qismi bənzətməni "təəccüblü" adlandırarkən, digərləri bunun sadəcə kamera bucağı və işıqlandırma ilə bağlı yanlış təsəvvür yaratdığını bildirib. Bəzi istifadəçilər isə görüntünün montaj və ya manipulyasiya olma ehtimalını irəli sürüb.

Mövzu qısa zamanda həm İranda, həm də xaricdə geniş müzakirə olunan sosial media gündəminə çevrilib.

Избранный
20
1
far.az

2Источники