RU

Bakının sərt bəyanatı: Simonyan cavab verdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İndiki mərhələdə həmkarlarımla müzakirələr aparmadan Azərbaycan Xarici İşlər Nazirliyinin “Aİ-Ermənistan sənədi Azərbaycanla sülh gündəliyinə ziddir” bəyanatını şərh etməyə hazır deyiləm”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Bunun sülh sənədinin imzalanmasını gecikdirə biləcəyi ilə bağlı suala sədr belə cavab verib:

“Mən belə düşünmürəm, çünki Azərbaycanla bütün istiqamətlərdə iş davam edir. Həm bizim, həm də Azərbaycan tərəfdən müsbət münasibət var. Biz müzakirələri davam etdirməliyik ki, bir-birimizə olan etimadı bərpa edək. Bu asan deyil, lakin həyata keçirilməsi mümkündür”.

Simonyan qeyd edib ki, Azərbaycan XİN-in müvafiq bəyanatına Ermənistan XİN cavab verəcək.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
globalinfo.az

1Источники